ABŞ-ın səfirindən Azərbaycan dilində BAYRAM TƏBRİKİ – VİDEO 

ABŞ-ın səfirindən Azərbaycan dilində BAYRAM TƏBRİKİ – VİDEO 

Hazırda oxunan: ABŞ-ın səfirindən Azərbaycan dilində BAYRAM TƏBRİKİ – VİDEO 
171670
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan dilində səsləndirilən təbrikdə deyilir:

“Mən cəmi bir neçə həftə əvvəl Azərbaycana gəldim. Lakin Azərbaycanın zəngin mədəniyyəti, ləziz təamları və Azərbaycan xalqının isti münasibəti məni artıq valeh edib. Mən sizin ölkənizi daha yaxşı tanımaq niyyətindəyəm və bunu Qobustana səfər etməklə başlamaqdan çox məmnunam”. 

Səfir bildirib ki, rəsmi andiçmə mərasimində iştirak etmək üçün yanvarın əvvəlində ABŞ-da olacaq: 

“Lakin 2024-cü ilin əvvəlində həyat yoldaşımla Bakıya qayıtmağı səbirsiziklə gözləyirəm. Yeni ildə mən ABŞ-ın Azərbaycandakı növbəti səfiri kimi dövlətlərimiz arasında 32 illik dostluq əlaqələrinə töhfə verməyə, habelə Azərbaycan və ABŞ-a qarşılıqlı fayda gətirən münasibətlərin gücləndirilməsi istiqamətində çalışmaq niyyətindəyəm.
ABŞ-ın Azərbaycandakı səfirliyi adından Sizə sevinc, sağlamlıq və uğur dolu yeni il arzulayıram və Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibəti ilə təbrik edirəm”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO