Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Avropa Parlamentinin sessiyasındakı çıxışı it hürməsi ilə başa çatıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yer alıb.
“Gəlin, vətəndaşlarımıza Avropanın gücünü göstərək. Birləşək və başımızı dik tutaq" ifadələrini işlədəndən sonra siyasətçi tribunanı tərk edib.
Bu zaman isə zalda yüksək səslə itin hürməsi eşidilib. Bu olay deputatların gülüşünə səbəb olub.
Ursula fon der Lyayen baş verənləri binada xidməti itlərin olması ilə izah edib.
Bizim.Media