Senarinin inkişaf proqramına yönləndirilmiş film layihələrinin ilkin dinləmələri keçirilib - FOTO

Senarinin inkişaf proqramına yönləndirilmiş film layihələrinin ilkin dinləmələri keçirilib - FOTO

Hazırda oxunan: Senarinin inkişaf proqramına yönləndirilmiş film layihələrinin ilkin dinləmələri keçirilib - FOTO
168586
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 11-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) ssenari laboratoriyası nəzdində yaradılmış ssenarinin inkişaf proqramı çərçivəsində film layihələri müsabiqəsinin inkişaf proqramına yönləndirilmiş ssenarilərin ilkin dinləmələri keçirilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, dinləmələr Berlin Film Festivalının qalibi, tanınmış türkiyəli kinorejissor və ssenarist Semih Kaplanoğlu tərəfindən aparılıb.

Dinləmələrdən əvvəl ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, müsabiqənin bədii şurasının üzvü, yazıçı-dramaturq İlqar Fəhmi və Semih Kaplanoğlu iştirakçılarla görüşüb, mətbuat nümayəndələrinə dinləmələrin gedişi ilə bağlı məlumat veriblər.
Orxan Fikrətoğlu diqqətə çatdırıb ki, inkişaf proqramına göndərilmiş layihələr üzrə bu gün ARKA-nın ssenari laboratoriyasında ilk iş günüdür: “Düşünürük ki, yeni istehsalat sistemində yaranacaq yeni Azərbaycan kinosunun ssenari modeli olaraq ilkin rüşeymlərini məhz bu laboratoriya cücərdəcək. Semih bəy dünya viziual mədəniyyəti dilində danışmaq bacarığını sizlərlə bölüşəcək. Ssenari sxemləri, milli məzmunun müasir kino dilində anladılması prosesləri ilə bağlı təcrübələrini bölüşəcək. O, hər bir ssenaristlə ayrı-ayrılıqda ssenariləri müzakirə edəcək”.

İlqar Fəhmi layihələrin təkmilləşdirilməsi, ssenari yazılışının qaydaları, prodüser sənətinin incəliklərinin öyrədilməsinin vacibliyini qeyd edib.

Semih Kaplanoğlu layihə və sinopsislərin təqdiminin incəlikləri, müasir dünya kinosunda tələblər və ssenari üslubu ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, bu gün dünyada ən çox maliyyə ssenariyə ayrılır: “Ssenari ticari materialdır və bu, memarın layihəsinə bərabərdir. Burada hər hansı bir xətanın olması mümkün deyil. Həyatın ssenariyə qarışması mütləqdir".

Çıxışlardan sonra film layihələri müsabiqəsinin inkişaf proqramına yönləndirilmiş ssenarilərin ilkin dinləməsi keçirilib.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO