Aktyor və müğənni Sərxan Kərəmoğlu məşhur şəxs tərəfindən ölümlə hədələndiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişdə danışıb.
Sərxan adını açıqlamaq istəmədiyi məşhurun onun üçün Rusiyada qurduğu tələlərdən söz açıb:
“Mən bu işin ciddiyətinə varmırdım. Bəzi təhdidləri eşidəndən sonra Daxili İşlər Nazirliyinə müraciət elədim. Ərizəmi yazıb, onlara verdim. Eyni zamanda Rusiyada qeydiyyatda olduğuma görə, oranın da müvafiq nazirliyinə müraciət elədim.
Keçən il müraciətim başqa səpkidə idi, amma bu il ki, müraciətim başqa səpkidədir. Mən üzümü sənə (onu hədələdiyi şəxs – red.) tutub deyirəm... Mənə Nalçik şəhərindən zənglər gəlir. Keçən il Mineralnı Vodı şəhərindən zəng gəldi.
Soçi, Krasnodardan da zəng gəldi. Bir sözlə, Rusiyanın bir çox şəhərlərindən mənə zənglər gəldi. Toylara dəvətlər alıram. Məqsəd burada məni öldürmək, güc tədbiq etmək deyil. Burada başqa məsələlər var. İndi bu məsələnin nə olduğu mənə çatıb. Bu ayın əvvəli Rusiyaya gedəndə mənə bəlli oldu ki, məni öldürəcəklər və s.. Mən böyük məbləğdə toya gedən sənətçi deyiləm. Sən zəng edib deyirsən ki, Sərxanı toya çağırın və biletini də alın.
Mənə gələn zəngdə çox gözəl başa düşürəm ki, kim mənə zəng edir. Həmin şəxs saxta toy adı ilə məni Rusiyanın ərazisində deyil Moskvanın özünə çağırır, toy yiyələrinə deyir ki, Sərxan qalmaqallıdır. Oğluna toy edirsən, qızını ərə verirsən sənə lazımdır Sərxan kimi problemli adam. Hər an hansısa şadlıq evinin girişində və ya toyun içində Sərxanı vurub gedə bilərlər.
Sərxanla dost olmaya bilərsiniz, amma Sərxanla düşmən olacaqsınızsa sizə deyim ki, mən 25 ilə yaxındır ki, şou-biznesdəyəm hələ bu günə qədər Sərxanla dava edib, qalib gələn görməyib. Heç kim də görməyib. Hərə öz işinlə məşğul olsun. Rusiyada Sərxanın ac qalması ab-havasını yaratmaq lazım deyil.
Amma siz nə qədər istəsəniz də Allah yox olan yerdən o ruzini mənə yetirəcək. Səni də yoldan çıxaran şeytan əməlidir. Allah səni islah etsin ki, düzgün insan olasan. Sənin adını çəkməyəcəyəm. Srağagün səninlə o söylədiyin məsələlərə görə görüşmədim. Qoy bu məsələ bitsin”.
Rəşad Əliyev, Bizim.Media