Mənsum İbrahimov şəhid olan qardaşı oğlunun rəsmini görəndə KÖVRƏLDİ - FOTO/VİDEO

Hazırda oxunan: Mənsum İbrahimov şəhid olan qardaşı oğlunun rəsmini görəndə KÖVRƏLDİ - FOTO/VİDEO

158094

Xalq artisti Mənsum İbrahimov efirdə kövrəlib. 

Bizim.Media xəbər verir ki, “Xəzər axşamı” verilişində Murad adlı gənc rəssam tərəfindən proqram boyunca karandaşla çəkilən şəhid olmuş İbrahimovun qardaşı oğlunun rəsm əsəri sənətkarı göz yaşlarına boğub. 

Portreti görən xanəndə bu sözləri dilə gətirib: 

“Söz tapmıram deməyə. Sanki eynidir. Bu mənim şəhid olmuş qardaşım oğlu İsrafil İbrahimovun portretidir. Onun 23 yaşı vardı. Xüsusi təyinatlı idi. 30 gün döyüşdü. O yüzlərlə bizim şəhidin qanını almış igid idi. Əvvəllər o tar sinifinə getdi, sonra dedi ki, idmana getmək istəyirəm. Güləşə yazıldı, yığmaya qədər getdi. Daha sonra hərbiyə getmək istədi.

Onun atası Zülfügar qazidir. Mənim üç qardaşımın üçü də qazidir. İsrafil onların Xocalı və Şuşa döyüşlərinin xatirəsi ilə böyümüşdü. O, hərbi xidmətə könüllü getdi. 30 gün döyüşdü və sonda Laçın ərazisində minamyot qəlpəsindən şəhidlik zirvəsinə ucaldı. Şəhid olmamışdan bir gün əvvəl bizə zəng etdi. Biz onun toyunu etməyə hazırlaşırdıq.
Ona söylədim ki, müharibənin bitməsinə az qalıb, özünü qoru. İsrafil isə bu sözlərimə güldü və söylədi ki, biz özümüzü deyil Vətəni qoruyuruq. Öz-özümə dedim ki, İsrafil nə vaxt böyüdü belə… Nə zaman müdrükləşdi? Müharibə İsrafili yetişdirdi. İpə-sapa yatmayan, çərçivələrə sığmayan bir uşaq idi. Sanki özünü şəhid olmağa hazırlayırdı. İsrafil sanki şəhid olmaq üçün yaranmışdı”. 

Xalq artisti gənc rəssamın ərsəyə gətirdiyi bu portreti şəhid olmuş qardaşı oğlunun valideynlərinə xatirə olaraq verəcəyini bildirib: 

“Mən Muradın yaratdığı bu portreti İsrafilin ailəsinə hədiyyə edəcəyəm. Onların evində bir muzeyi var. Muradın adından bu rəsmi o muzeydə saxlayacağıq”. 
 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO