Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvlərinin kənd sakinləri ilə növbəti görüşü keçirilir.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, görüş çərçivəsində "Micon" Beynəlxalq Monitorinq Şirkətinin apardığı monitorinqin nəticələri təqdim olunur.
Qeyd edək ki, Komissiyanın sədri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.
Komissiyanın tərkibinə Dövlət Su Ehtiyatları Agentliyinin sədri, səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:27 / 28.09.2023
Söyüdlü ilə bağlı yaradılan komissiya kənd sakinləri ilə GÖRÜŞDÜ - FOTO
Hazırda oxunan: Söyüdlü ilə bağlı yaradılan komissiya kənd sakinləri ilə GÖRÜŞDÜ - FOTO
Hazırda oxunan: Söyüdlü ilə bağlı yaradılan komissiya kənd sakinləri ilə GÖRÜŞDÜ - FOTO
157365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.