Ravvindən Ermənistandakı yəhudilərə MÜRACİƏT: “Təhlükəsizliyiniz üçün Azərbaycana gedin!”

Ravvindən Ermənistandakı yəhudilərə MÜRACİƏT: “Təhlükəsizliyiniz üçün Azərbaycana gedin!”

Hazırda oxunan: Ravvindən Ermənistandakı yəhudilərə MÜRACİƏT: “Təhlükəsizliyiniz üçün Azərbaycana gedin!”
154725
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Xilas olmaq istəyirsinizsə, Azərbaycana gedin! Burada səmimi münasibət görə, vətəndaşlıq və təhlükəsizliyə zəmanət ala bilərsiniz”. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı ravvini Zamir İsayevin Ermənistanda qalan sonuncu yəhudilərə müraciətində deyilir.

“Bu yaxınlarda İrəvanda yaşayan bir neçə yəhudi mənimlə əlaqə saxlayıb. Onlar böyük təzyiq altındadır və Holokost terminologiyasından istifadəyə qarşı çıxan Avropa, Amerika, İsrail, eləcə də müsəlman ölkələrinin ravvinlərinin təşəbbüsünə görə təhdid edilirlər.
Xalqımızın faciəsi olan Holokostun xatirəsindən Ermənistan rəhbərliyi tərəfindən öz siyasi məqsədləri üçün istifadə edilməsinə qəzəblənməyə bilmirəm", - deyə Z.İsayev videomüraciətində bildirib.

Ravvin Ermənistanda yaşayan bir neçə yəhudiyə bu ölkəni tərk etməklə bağlı müraciət edib: "Axı təhdid olunduğunuz ölkədə yaşaya bilməzsiniz. Əgər Ermənistanda mənim sözlərimə görə cavabdehlik daşıdıqlarını düşünürlərsə, bu ölkədən getsinlər!

Əgər siz Holokost yaddaşından mənfur siyasi məqsədlər üçün istifadənin müdafiəsinə məcbur edilirsinizsə, oradan çıxın! Daha yaxşısı, yəhudilərə qardaş kimi baxılan Azərbaycana gəlin!" 

Z.İsayev Ermənistanı tərk etmək istəyənlərə onunla feysbuk vasitəsilə əlaqə saxlamağı tövsiyə edib:

"Əgər valideynlərinizdən heç olmasa biri yəhudidirsə, 1991-ci ildən əvvəl verilmiş doğum haqqında şəhadətnaməniz varsa, mənimlə əlaqə saxlayın.

Açıq şəkildə öhdəmə götürürəm ki, sizi Azərbaycanda yaxşı qarşılayacaqlar, vətəndaşlıq alacaqsınız və təbii ki, təhlükəsizliyiniz təmin ediləcək. Hətta İsraildə deyirlər ki, Azərbaycan yəhudilərin yaşaması üçün ən təhlükəsiz yerlərdən biridir". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO