Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələrin inkişafı müzakirə olunub - FOTO 

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələrin inkişafı müzakirə olunub - FOTO 

Hazırda oxunan: Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələrin inkişafı müzakirə olunub - FOTO 
154143
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Rigterink ilə görüşüb. 

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə Bankla əlaqələrin mövcud vəziyyəti, həyata keçirilən birgə layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. 

Görüşdə Azərbaycanın AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri vurğulanıb, ölkəmizin sosial-iqtisadi prioritetləri barədə məlumat verilib.  

Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları genişdir. Bu kontekstdə Bankla “yaşıl” iqtisadiyyat, enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib. 

AYİB-in birinci vitse-prezidenti Yurgen Rigterink Bankın ölkəmizlə səmərəli əməkdaşlığını qeyd edib, Azərbaycanın iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığını və qurumun Azərbaycan iqtisadiyyatının inkişafını dəstəkləməyə davam etmək niyyətini ifadə edib.
Tərəflər Azərbaycan-AYİB əlaqələrinin mövcud vəziyyəti, həyata keçirilən birgə layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO