“Azərbaycanda hazırda 5 həyat sığorta şirkəti var və son illər onlar tərəfindən toplanan sığorta yığımları ən çox bu növlə bağlıdır. Ona görə ki, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi çərçivəsində bu sığorta edilən zaman kredit xətti ayrılırdı. Buna görə də əhali arasında həm populyar, həm də rəqabətyönümlüdür”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyib.
Onun sözlərinə görə, əvvəllər hər bir işçi öz maaşından müəyyən məbləğ ayıraraq həyat sığortasına cəlb edə bilirdi:
“3 və ya 5 illik müqavilələrlə Dövlət Sosial Müdafiə Fondunda toplanılır və müəyyən müddətdən sonra müəyyən faizlərlə geri qaytarılırdı. Yəni, vətəndaşlar bunu pensiya yaşı həddinə və pensiya kartlarına görə alırdılar. Bu da Fondun yığımalrının aşağı düşməsinə səbəb olurdu və dövlətə də müəyyən qədər zərər dəyirdi”.
Onun sözlərinə görə, son illərdə bu sığortaya marağın artması bəzi dairələrdə ciddi narahatlığa səbəb olurdu:
“Buna görə də 2017-ci ildə Vergi Məcəlləsinə bəzi dəyişikliklər edildi və geri qaytarılan vəsaitlərin məbləği ilə bağlı göstərici 50 faizə qədər endirildi. Məhz bundan sonra yığımlarda artımlar qeydə alınmaqdadır. Dövlət bu məsələni balanslaşdırmaq istəyir ki, fonda gedən yığımlar azalmasın, əksinə, daha da artsın. Belə hesab edirəm ki, dövlət bundan istifadə erməli və fondun fəaliyyətini təkmilləşdirməlidir”.
Ekspert, edilən dəyişiklikdən sonra həyat sığortasının kreditlərlə bağlı hissəsinin ləğv olunduğunu da bildirdi:
“Bundan sonra işçi ilə işəgötürən arasında bununla bağlı məsələ başqa bir istiqamətdə həll olunacaq. Ləğv olunmanın əsas səbəbi odur ki, DSMF-na toplanan vəsaitlərlə həyat sığortası müqayisə olunurdu. Müsbət tərəfi o idi ki, müəyyən müddətdən sonra yatırılan vəsaiti geri qaytarmaq olurdu. Artıq dövlər bu məsələdə tənzimləmə aparır ki, DSMF-na yığılanlarla bağlı narazılıq yaranmasın”.
Müsahibimiz, bu müddət əvvəl hökumətlə bir neçə həyat sığortası şirkəti arasında özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirələrin başladığını diqqətə çardırdı:
“Bununla bağlı qanunvercilikdə bir neçə müddəa əks olunsa da, hələ də icra müxanizmi müəyyən olunmayıb. Buna görə də dövlət hələ də işin icrasının hansı istiqamətdə aparacağını bilmir. Hesab edirəm ki, özəl pensiya fondlarının bu sahə ilə məşğul olan şirkətlərin tərkibində yaranması daha effektli olar”.
Qeyd edək ki, bəzi ekspertlər həyat sığortasının kreditlərlə bağlı hissəsinin ləğv olunmasını işçinin hüquqlarının pozulması kimi qiymətləndirirlər.
Bununla bağlı fikirlərini açıqlayan ekspert vurğuladı ki, Mərkəzi Bank istehlakçı hüquqlarının müdafiəçisi rolunda çıxış edir:
“Eyni zamanda, sığortaçı ilə işçi arasında tənzimləyicidir və buna görə də istehlakçı hüquqlarını pozulduğunu təsdiq etməlidir. Qurum kredit hissəsinin ləğv olunması ilə bağlı araşdırma aparmalı və səbəblərini müəyyən etməlidir”.
Bəs DSMF toplanan vəsaitlərdən hansı formada istifadə edəcək? Bundan əmək haqlarının, pensiyaların baza hissəsinin artırlmasında istifadə oluna bilərmi?
Hazırda yığımların istifadəsi ilə bağlı həm qanunvericilik bazasının, həm də şəffaflığın olmadığını söyləyən ekspertin sözlərinə görə, qurumun bu günə qədər bununla bağlı hansısa formatda tədbirlər və ya tenderlər keçirdiyi bəlli deyil:
“Əgər keçirilibsə, hansı formatda olub və ya həmin vəsaitlər hansı banklara və hansı faizlərlə yatırılıb, bu, bəlli deyil. Hətta şəffaflaşma yoxdur. DSMF isə səlahiyyətləri və imkanları məhdud olduğu üçün bunları edə bilmir, çünki həm qanunvericilik buna imkan vermir, həm də şəffaflıq yoxdur. Ancaq həyat sığortası şirkətlərində bir qədər şəffaflıq var. Ona görə ki, daha şəffaf olan banklarda və digər maliyyə şirkətlərində depozit və ya invesitisiya qoya bilir. Nizamnamələri də bunlara imkan və şərait tanıyır”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:30 / 30.08.2023
Həyat sığortası ilə bağlı YENİLİK – Kredit hissəsi LƏĞV OLUNUR?
Hazırda oxunan: Həyat sığortası ilə bağlı YENİLİK – Kredit hissəsi LƏĞV OLUNUR?
Hazırda oxunan: Həyat sığortası ilə bağlı YENİLİK – Kredit hissəsi LƏĞV OLUNUR?
152816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.