“Kəpəz”dən növbəti sensasiya: “Qarabağ”la heç-heçə - VİDEO

“Kəpəz”dən növbəti sensasiya: “Qarabağ”la heç-heçə - VİDEO

Hazırda oxunan: “Kəpəz”dən növbəti sensasiya: “Qarabağ”la heç-heçə - VİDEO
152597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, bağlanış oyununda son çempion “Qarabağ” meydana çıxıb.

Ağdam təmsilçisi “Azersun Arena”da “Kəpəz”i qəbul edib. Birinci turda “Neftçi” üzərində qələbə qazanan gəncəlilər bu dəfə də sensasiya imza atıblar.
Düzdür, Qurban Qurbanovun yetirmələri erkən qolla hesabı açıblar. 9-cu dəqiqədə yeni transfer Olavio Juninyo fərqlənib. Lakin 86-cı dəqiqədə Cavad Kərimov komandasına 1 xal qazandıran qolu vurub – 1:1.

Bu nəticə sayəsində “Qarabağ” xallarının sayını 7-yə, “Kəpəz” isə 4-ə yüksəldib.

Turun əvvəlki oyunlarında “Səbail” “Turan Tovuz”a 3:1, “Zirə” “Sabah”a 1:0, “Neftçi” “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan”la “Sumqayıt” isə heç-heçə (1:1) ediblər.

Qeyd edək ki, Premyer Liqada V turun matçları sentyabrın 1-3-də keçiriləcək.
 


“Kəpəz”dən növbəti sensasiya: “Qarabağ”la heç-heçə - VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO