
- A-
- A
- A+
Dünya
14:25 / 27.08.2023
1 dəq oxunma
Pakistanda daşqın: 100 mindən çox insan təxliyə edildi
Hazırda oxunan: Pakistanda daşqın: 100 mindən çox insan təxliyə edildi
152540
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Hindistanın bəndlərdən daha çox su boşaltması və leysan yağışlar səbəbi ilə Pakistana qədər uzanan Sutlej çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar bölgədən 100 mindən çox insan təxliyə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Pəncab Xilasetmə Birliyinin sözçüsü Diba Şahnaz Anadolu agentliyinə bildirib.
Qeyd edilib ki, bu ilin iyul ayının 9-dan bəri Kasur, Pakpattan, Vehari, Bahavalnagar, Lodhran, Multan və Bahavalpurun şimal bölgələrindən 100 mindən çox insan təxliyə edilib.
Məlumata görə, həmin tarixdən bəri baş verən daşqınlar nəticəsində 17 nəfər ölüb, 36 nəfər yaralanıb.
Pəncab əyalətinin baş naziri Seyid Muhsin Rza Nəkvi daşqınları “son 35 ilin ən dəhşətlisi” adlandırıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































