Bakıdan nənəsi gilə qonaq gələn qız kür çayında batdı.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Zərdab rayonunun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Kürdə batan uşağın axtarışları DAVAM EDİR
Belə ki, 2009-cu il təvəllüdlü Bakı şəhər sakini Müzəffərli Əsma Pərviz qızı Kür çayının kənarında şəkil çəkmək istəyərkən ehtiyyatsızlıq edib və suya düşərək boğulub.
Hadisə yerinə dərhal FHN-nin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin daığıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.
Hazırda 14 yaşlı Əsma Müzəffərlinin meyitinin axtarılaraq tapılması istiqamətində işlər davam etdirilir.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu