Şəkidə ağır QƏZA: Moped sürücüsü ÖLDÜ

Şəkidə ağır QƏZA: Moped sürücüsü ÖLDÜ

Hazırda oxunan: Şəkidə ağır QƏZA: Moped sürücüsü ÖLDÜ

149292

Şəkidə axşam saatlarında magistralda heç bir tanıdıcı işarəsi və işıqları olmayan moped ağır qəzaya səbəb olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən axşam Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsinin ilkin təfərrüatları bəlli olub. 

Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, Bərdə şəhər sakini, 49 yaşlı Xəqani Əkbərovun idarə etdiyi “Hyundai” markalı avtomobillə Suçma kənd sakini, 36 yaşlı Vasif Mənəfovun idarə etdiyi moped toqquşub.

Həyata keçirilən ilkin tədqiqatın nəticələrinə əsasən, mopedin sürücüsü Vasif Mənəfovun idarə etdiyi nəqliyyat vasitəsində heç bir işarəverici vasitə, həmçinin arxa və ön işıqlardan istifadə edilməyib.

Böyük ehtimalla moped texniki baxımdan yararsız olduğundan magistralda hərəkətdə də problem yaradıb. Qəza da məhz bu səbəbdən baş verib. Nəticədə 36 yaşlı Suçma kənd sakini hadisə yerindəcə keçinib. Qəzanın təfərrüatları daha dolğun şəkildə araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO