Aybəniz: “Şahnaz xanım üçün Gəncədə  qurbanlar kəsildi, nəzirlər verildi” - FOTO

Aybəniz: “Şahnaz xanım üçün Gəncədə  qurbanlar kəsildi, nəzirlər verildi” - FOTO

Hazırda oxunan: Aybəniz: “Şahnaz xanım üçün Gəncədə  qurbanlar kəsildi, nəzirlər verildi” - FOTO

149251

“Şahnaz xanım Gəncəyə çatar-çatmaz adına deyilən qurbanlar kəsildi və nəzirlər verildi. Bunu edən qohum-əqraba deyil, xalqdır, dövlətdir, Gəncə rəhbərliyidir. Bu qədər sevginin qarşısında baş əyməkdən başqa heç nəyə insanın gücü yetmir...”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Sənətçi bir neçə gün əvvəl qəfil səhhəti pisləşən bacısı Xalq artisti Şahnaz Haşımovanın sağlamlığına qovuşduğunu və Gəncəyə geri qayıtdığını vurğulayıb: 

“Bir sənətkar bu qədər gərəkli olduğunu gördükdən sonra ölərmi heç? Ölüm ayağında olsa da, dirilər.  Sənə xalq bu qədər dua etsin... Şahnaz xanım evinə sağ salamat döndü.

Hər bir hadisə, canımıza qəfil hücum edən xəstəliklər, bəlalar qarşımıza cıxan böyük bir imtahandır. Allah heç birimizi utandırmasın”. 

Qeyd edək ki, Ş.Haşımova Gəncədə Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsindən Bakıya gətirildikdən sonra müalicəsini Gömrük Hospitalında davam etdirib.  








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO