Paytaxtda 6 metr dərinliyindəki zirzəmiyə yıxılan uşaq belə XİLAS EDİLDİ - VİDEO 

Paytaxtda 6 metr dərinliyindəki zirzəmiyə yıxılan uşaq belə XİLAS EDİLDİ - VİDEO 

Hazırda oxunan: Paytaxtda 6 metr dərinliyindəki zirzəmiyə yıxılan uşaq belə XİLAS EDİLDİ - VİDEO 
149216
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda dərinliyi 6 metr olan zirzəmiyə yıxılan uşaq xilas edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Qeyd olunub iki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, X.Məmmədov küçəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunublar. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2013-cü il təvəllüdlü uşağın onaltımərtəbəli yaşayış binasının dərinliyi təxminən 6 metr olan zirzəmisinə yıxılması səbəbindən müxtəlif bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən edilib. 
Xilasedicilər tərəfindən xüsusi xilasetmə avadanlıqlarının köməyi ilə həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO