Qaxda meşədə itkin düşən şəxsin kimliyi BİLİNDİ - FOTO

Qaxda meşədə itkin düşən şəxsin kimliyi BİLİNDİ - FOTO

Hazırda oxunan: Qaxda meşədə itkin düşən şəxsin kimliyi BİLİNDİ - FOTO
148073
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qaxda itkin düşən çoban axtarılır. 

Fövqəladə Hallar Nazirliyi itkin düşən şəxsin 30 yaşlı İlisu kənd sakini Rəhman Kamallı olduğunu müəyyənləşdirib. 

Bizim.Media-nın yerli bürosu kənd sakinlərinə istinadən bildirir ki, Rəhman Kamallı bir neçə gün əvvəl Sarıbaş kəndinin yaylaqlarında çoban işləmək üçün aparılıbmış. 
 

MÖVZU İLƏ BAĞLI:

Qaxda meşədə bir nəfər İTKİN DÜŞDÜ


Rəhmanın məhz Sarıbaş kəndi ərazisində "Alagöz" yaylağı yaxınlığında itkin düşdüyü ehtimal edilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə itkin düşdüyü ehtimal edilən şəxsin yaxınları Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə müraciət edib.

Hazırda FHN-nin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinin aparılması üçün əraziyə cəlb olunub. İtkin düşən şəxsin tapılması ilə bağlı aidiyyəti dövlət qurumları da məlumatlandırılıb. Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir. 

Qaxda meşədə itkin düşən şəxsin kimliyi BİLİNDİ - FOTO - foto 1
Qaxda meşədə itkin düşən şəxsin kimliyi BİLİNDİ - FOTO - foto 2

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO