İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Ermənistanın Azərbaycanın Bərdə şəhərinə edilən raket hücumu nəticəsində çoxlu sayda mülki vətəndaşın həlak olması və yaralanmasını sərt şəkildə pisləyir.
Səfirlikdən Bizim.Media-ya verilən məlumata görə, İran səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir.
Bildirir ki, beynəlxalq hüquq normalarına əsasən şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətidir və dərhal dayandırılmalıdır.
Bizim.Media