“Ekoloji tələblərə cavab verməyən xarici şirkətlərin fəaliyyəti dayandırılmalıdır” – Deputatdan TƏKLİF 

“Ekoloji tələblərə cavab verməyən xarici şirkətlərin fəaliyyəti dayandırılmalıdır” – Deputatdan TƏKLİF 

Hazırda oxunan: “Ekoloji tələblərə cavab verməyən xarici şirkətlərin fəaliyyəti dayandırılmalıdır” – Deputatdan TƏKLİF 
146172
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İyulun 11-də Prezident İlham Əliyevin çıxışı göstərdi ki, ölkəmizin iqtisadi imkanlarının artması ciddi addımların atılmasına, o cümlədən qarşıdakı iqtisadi hədəflərə nail olmaq üçün mühüm imkanlar yaranıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının iclasında millət vəkili Əli Məsimli səsləndirib.

“Qarabağ və Şərqi Zəngəzura 12 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Həmin vəsaitdən böyük şəffaflıq və qənaətlə istifadə olunacaq. 

Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər də Azərbaycan qanununlarına hörmət etməlidir. Bizim qanunlarımıza, ekoloji tələblərə cavab verməyən xarici şirkətlərin fəaliyyəti dayandırılmalıdır.
Eyni zamanda inflyasiya ilə bağlı da zəruri addımların atılmasına ehtiyac var. Çünki ikirəqəmli inflyasiya təkcə aşağı deyil, orta təbəqəyə də ciddi təsir göstərir. Düşünürəm ki, subyektiv səbəbləri aradan qaldırmaqla, inflyasiyanı təkrəqəmli həddə endirmək mümkündür”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO