Kəramət Böyükçöl feministləri belə ifşa etdi – SƏSYAZISI

Kəramət Böyükçöl feministləri belə ifşa etdi – SƏSYAZISI

Hazırda oxunan: Kəramət Böyükçöl feministləri belə ifşa etdi – SƏSYAZISI

14510

Yazıçı-jurnalist Kəramət Böyükçölün feminist qadınlarla qalmaqalı davam edir. Yazıçının günlərdir sosial hesabında ailəsinin dağılmasında günahlandırdığı feministlərlə deyişməsi və əks-çıxışları bitmək bilmir. 

Kəramət Böyükçöl həmin qadınların hamısının işinin ailə dağıtmaq olduğunu, dolanışıqlarının bundan çıxdığını, dağıtdıqları ailələrin sayına görə xaricdən qrant aldıqlarını iddia edir.

Bizim.Media xəbər verir ki, bu dəfə Kəramət Böyükçöl yazıçı Günel Mövludun və Fidan Nazarın səsyazılarını əldə edib. Onun iddiasına görə həyat yoldaşını boşanmaya təhrik edən bu xanımlar ailəsinin necə dağılmasını həmin səsyazıda etiraf və müzakirə ediblər:

 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Zeynalova Kəramət Böyükçölü məhkəməyə verdi – “Dönüb bir özünə baxsın...” - QALMAQAL


“Bu səs yazısını mənə Nərmin Şahmarzadənin profilini qıran adam göndərib. Buna görə ona ayrıca təşəkkürümü bildirirəm. Adlarını feminist qoyan Günel Mövludun və Fidan Nazarın səs yazısıdır. Oğlumun anasına necə qaz verdiklərini, bizim ailəmizi necə dağıtdılarını müzakirə edirlər.

Özləri də etiraf edir ki, biz barışsaydıq, onların planı alınmayacaqdı. Boşanaq, vəssalam, qrant aldıqları yerə hesabat versinlər ki, bir ailə də dağıtdıq, bundan sonra işlərini bitmiş bilsinlər.

Sizi qınamıram. Çünki adınız üstünüzdədir. Mən oğlumun anasını qınayıram ki, bunlara aldanıb, sonra da onların sözündən çıxmağa qorxub”.

Yazıçı feminist qadınların əxlaqsız həyatı təbliğ etdiklərini qınayıb. Onun sözlərinə görə Azərbaycan qadınlarını bu həyata təhrik edən feministlərin əxlaqsızlığı nümayiş etdirmələri düzgün deyil:

 

“Feministələr bar-bar bağırır ki, şəxsi həyat toxunulmazdır, amma bu toxunulmaza ən çox burunlarını soxan elə onların özləri olub. Deyirlər ki, Azərbaycan qadını bizim kimi olsun. Bu əxlaqsız həyat tərzini Bakının küçələrində təbliğ eləməyə başlayırlar.


Bunların hamısı insanlıqdan çıxmış, nəinki daxili, heç bir zahiri gözəllikləri də olmayan iyrənc məxluqlardır.

Qadın azadlığı mövzusunda dünyada nə qədər filmlər çəkilib, nə qədər əsərlər yazılıb. Onların hamısında təmiz, namuslu, əxlaqlı qadının başına gələn hadisələr, ona atılan şər-böhtanlardan danışılır.

 

Bəs sizin nəyiniz təmizdir? Sizə şər atmağa ehtiyac yoxdur. Bütün əxlaqsızlıqları özünüz nümayişkəranə şəkildə eləyirsiniz. Qadın qətləri siyasidir deyib özlərinə siyasi kapital da qazanmaq istəyirlər. Qadın qətləri nə vaxtdan siyasi oldu? Feministlər elə bilir onlarla mübarizə aparan hakimiyyətdir. Hakmiyyət deyil, cəmiyyətdir.


Sizin bu cəmiyyətdə nüfuzunuz var? Elə bilirsiniz Azərbaycan qadınına təqdim etdiyiniz yüngül həyat tərzi ilə cəmiyyətdə nüfuz qazanacaqsınız? Üstəlik də bütün fəaliyyətinizin kökündə də xaricdən aldığınız qrantlar dayanır. Siz Azərbaycan qadının dərdini çəkən bir zibil deyilsiniz axı ki, camaat da sizə dəstək versin”.

Kəramət öz səhifəsində onun ailəsi haqda Günel Mövludun və Fidan Nazarın səsyazısını da paylaşıb.

Səsyazısını təqdim edirik:

Alçina Amilqızı, Bizim.Media  
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO