
- A-
- A
- A+
Naxçıvanda antik dövrə aid qəbir abidəsi və keramika nümunələri AŞKARLANIB - FOTO
AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Tumbultəpə qədim yaşayış yerində tədqiqatlara başlayıb.
Bizim.Media NUHÇIXAN-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində burada antik dövrə aid qəbir abidəsi və keramika nümunələri aşkar olunub.
Arxeoloji ekspedisiyanın rəhbəri professor Vəli Baxşəliyev bildirib ki:
"Bu yaşayış yeri ilk dəfə 2017-ci ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı qeydə alınıb və burada enolit dövrünə aid keramika nümunələri üzə çıxarılıb. Hal hazırda aparılan araşdırmalar göstərir ki, Tumbultəpə yaşayış yeri çoxtəbəqəli abidədir. Ola bilsin ki, burada enolit və neolit dövrünə aid maddi mədəniyyət nümunələri də aşkar olunsun".
Qeyd edək ki, hələlik təpənin yalnız üst qismi qazılıb və bu qədim yaşayış yerində genişmiqyaslı tədqiqat işlərinin aparılması nəzərdə tutulur.





Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































