Gəncə və Naftalanda bəzi əraziləri su basdı - YAĞIŞIN FƏSADLARI - VİDEO

Gəncə və Naftalanda bəzi əraziləri su basdı - YAĞIŞIN FƏSADLARI - VİDEO

Hazırda oxunan: Gəncə və Naftalanda bəzi əraziləri su basdı - YAĞIŞIN FƏSADLARI - VİDEO
142060
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyi Gəncə və Naftalanda yağışın törətdiyi fəsadlarla bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Gəncə şəhərinin "Yeni məhəllə" adlanan ərazisində fərdi yaşayış evinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Bununla əlaqədar dərhal əraziyə cəlb edilən FHN Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Bundan əlavə, FHN-in “112" qaynar telefon xəttinə daxil olmuş müraciət əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan Şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən Naftalan şəhərində su basmış ərazidən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri görülüb.
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO