Ziya Əliyev:

Ziya Əliyev: "Təbii fəlakətlərə görə büdcədən 1 milyard manat kompensasiya verilib"

Hazırda oxunan: Ziya Əliyev: "Təbii fəlakətlərə görə büdcədən 1 milyard manat kompensasiya verilib"

141134

Azərbaycanda zəlzələ, sel, daşqın, torpaq sürüşməsi hadisəsi zamanı əhalinin üzləşdiyi zərərlərin kompensasiyası üçün dövlət büdcəsindən 1 milyard manatdan artıq vəsait xərclənib. 

Bizim.Media xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib. 

Onun sözlərinə görə, kompensasiya ödənişləri hələ də davam edir:

"Bu məbləğ dövlət büdcəsinin illik məbləğinə münasibətdə kifayət qədər ciddidir və dövlət üçün əhəmiyyətli maliyyə yüküdür. Unutmamalıyıq ki, dövlət büdcəsinin vəsaitləri əsasən fiziki və hüquqi şəxslərin vergi ödənişləri hesabına formalaşır. Deməli, maliyyə yükü yenidən əhaliyə və biznesin üzərinə qayıtmış olur. Belə olan halda xoşagəlməz hadisələr nəticəsində yaranan zərərlər riskinin sığorta sektoruna ötürülməsi həm əhalinin, həm bizesin, həm də dövlətin maliyyə yükünün azaldılmasına imkan verir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO