Azərbaycanlı rəssam Tahir Şıxəliyevin internet saytı fəaliyyətə BAŞLADI 

Azərbaycanlı rəssam Tahir Şıxəliyevin internet saytı fəaliyyətə BAŞLADI 

Hazırda oxunan: Azərbaycanlı rəssam Tahir Şıxəliyevin internet saytı fəaliyyətə BAŞLADI 
140778
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycanlı rəssam, Rəssamlar İttifaqının üzvü Tahir Şıxəliyevin tahir-shikhaliyev.com internet saytı fəaliyyətə başladı.  

Bizim.Media xəbər verir ki, sözügedən saytda rəssamın həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar verilib, müəllifi olduğu rəsmlərin bir qismi paylaşılıb.  

Onu da vurğulayaq ki, Tahir Şıxəliyev rəssamlıq üzrə ilk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, daha sonra isə Tbilisi Dövlət Rəssamlıq Akademiyasına qəbul olaraq təhsilini Gürcüstanda davam etdirib. 
İstiqaməti rəngkarlıq və qrafikadır. Rəssamlar İttifaqının üzvüdür, əsərləri Türkiyə, ABŞ, Almaniya, Rusiya, Gürcüstan, Belarus və Rumıniya kimi ölkələrin şəxsi kolleksiyalarında saxlanılır. 

Tahir müəllim bildirib ki, incəsənəti insanlara sevdirmək, eyni zamanda Azərbaycanı və doğma şəhəri olan Bakını bütün dünyaya rəsmləri və sənəti ilə tanıtmaq onun üçün olduqca önəmlidir.

Nəzərinizə çatdıraq ki, iyun ayının 20 və 21 tarixlərində Tahir Şıxəliyevin yaradıcılığına həsr edilmiş sərginin keçirilməsi də planlaşdırılır.

Azərbaycanlı rəssamı təbrik edir, ona yeni nailiyyətlər arzulayırıq! 

Azərbaycanlı rəssam Tahir Şıxəliyevin internet saytı fəaliyyətə BAŞLADI  - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO