"Azəri-Çıraq-Günəşli"dən ilk neft 2024-cü ilin əvvəlində çıxarılacaq

Hazırda oxunan: "Azəri-Çıraq-Günəşli"dən ilk neft 2024-cü ilin əvvəlində çıxarılacaq
138900
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) platformasından ilk neftin çıxarılması 2024-cü ilin əvvəlinə gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, platformanın üst modulları artıq barjaya yüklənilib və onların fiziki olaraq dənizə yola salınması iyunda baş tutacağı gözlənilir.

Bəxtiyar Aslanbəyli onu da qeyd edib ki, platformanın alt modulları artıq dənizdə quraşdırılıb.

Qeyd edək ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO