
- A-
- A
- A+
İdman
10:32 / 29.05.2023
1 dəq oxunma
Bakıda taekvondo üzrə dünya çempionatı start götürdü
Hazırda oxunan: Bakıda taekvondo üzrə dünya çempionatı start götürdü
138517
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb.
Bizim.Media xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən yarışlar saat 09:00-da başlayıb.
Mundialın ilk günündə kişilər 68 kiloqram, qadınlar isə 57 kiloqramda qüvvəsini sınayacaqlar. Çəkilər üzrə kişilərin yarışında 87, qadınlarda 59 idmançı olacaq.
Bu gün Azərbaycan millisinin bir üzvü dayanq üzərinə çıxacaq. 68 kiloqram çəki dərəcəsində yarışan Cavad Ağayev 1/32 finalda Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, 29 may - 4 iyun tarixlərində baş tutacaq sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində çıxış edəcək.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün





































































































