Azərbaycanlılar hansı ölkələrə daha çox yaxınlıq hiss edirlər? – SORĞU 

Azərbaycanlılar hansı ölkələrə daha çox yaxınlıq hiss edirlər? – SORĞU 

Hazırda oxunan: Azərbaycanlılar hansı ölkələrə daha çox yaxınlıq hiss edirlər? – SORĞU 
137920
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkə əhalisinin mütləq əksəriyyəti türk dövlətlərini özlərinə daha yaxın və doğma hiss edirlər. 

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Əhalinin neçə faizi ölkənin siyasi gündəmini izləyir? – SORĞU


Məlumatda deyilir ki, Mərkəz sorğu əsasında vətəndaşların hansı qrup ölkələri özlərinə yaxın hiss etmələri ilə bağlı fikirlərini öyrənib.

Bu məqsədlə onlara “Aşağıdakı qrup ölkələr arasında hansılara yaxınlıq hiss edirsiniz?” sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib. 

Sorğu nəticələrinə əsasən, vətəndaşların mütləq əksəriyyəti, yəni 83,6%-i türk ölkələrini özlərinə yaxın hiss etdiklərini bildirib. 

Sorğu əsnasında iştirakçıların 12,0%-i islam dövlətlərinə, 8,6%-i keçmiş sovet ölkələrinə yaxınlıq hiss etdiklərini qeyd ediblər. 

Respondentlərin 6,5%-i bu suala cavabında “qonşu ölkələr”, 2,1%-i “Qərb ölkələri” cavab variantını qeyd edib. 1,8%- heç bir ölkəni yaxın hiss etmədiyini bildirib, 1,6%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib. 

Azərbaycanlılar hansı ölkələrə daha çox yaxınlıq hiss edirlər? – SORĞU  - foto 1

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO