Marseldə ev uçdu - 5 nəfər xəsarət aldı

Marseldə ev uçdu - 5 nəfər xəsarət aldı

Hazırda oxunan: Marseldə ev uçdu - 5 nəfər xəsarət aldı

129730

Fransanın Marsel şəhərinin mərkəzində yaşayış binasının uçması nəticəsində 5 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə şəhər meri Benua Payan BFM telekanalına bildirib.

"Beş nəfər təcili xəstəxanaya yerləşdirilib" deyə o bildirib. Mer qeyd edib ki, davam edən yanğın səbəbindən axtarış-xilasetmə işlərinə hələ də başlamaq mümkün deyil. Onun sözlərinə görə, ölənlərin olacağı istisna edilmir: “Bundan əlavə, qonşu binanın da uçma riski yaranıb”.
Hadisə yerli vaxtla saat 00:40-da baş verib. İlkin versiyaya görə, ərazidə partlayış olub. 
Şahidlər hadisə yerində kəskin qaz iyinin olduğunu bildiriblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO