Polis yolda qalan sürücü və piyadalara kömək etdi - VİDEO

Polis yolda qalan sürücü və piyadalara kömək etdi - VİDEO

Hazırda oxunan: Polis yolda qalan sürücü və piyadalara kömək etdi - VİDEO

12954

Hava şəraitinin kəskin dəyişəcəyi ilə müvafiq dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciət etmələrinə baxmayaraq, bu gün həmin xəbərdarlığa məhəl qoymadan yollara çıxan sürücü və piyadalara rast gəlinib.

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, müşahidə olunan hava şəraitində vətəndaşların rahat hərəkətini təmin etmək, eləcə də köməyə ehtiyacı olan, çarəsiz vəziyyətdə qalanların imdadına çatmaq üçün polis həmişə olduğu kimi yenə də iş başında olub.

"Yollarda qalan sürücü və piyadaların köməyinə ilk çatan da məhz qarlı havada xidmət aparan polis əməkdaşları oldu.

Onların fədakar xidməti sayəsində paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonunda yüzlərlə sürücü və piyadanın mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edildi", - məlumatda qeyd olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO