Rusiyalı xilasedicilər Türkiyədə dağıntılar altından 150 min dollar pul tapıb - FOTO

Rusiyalı xilasedicilər Türkiyədə dağıntılar altından 150 min dollar pul tapıb - FOTO

Hazırda oxunan: Rusiyalı xilasedicilər Türkiyədə dağıntılar altından 150 min dollar pul tapıb - FOTO
120337
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyalı xilasedicilər Türkiyədə yaşayış binasının dağıntıları altından 150 min dollar nağd pul tapıblar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

"Rusiya xilasediciləri axtarış-xilasetmə əməliyyatları zamanı Türkiyədə yaşayış binasının dağıntılarını təmizləyərkən hər biri 100 ABŞ dolları olan külli miqdarda pul aşkar ediblər. Tapılan 150 min dollar məbləğində vəsait inventarlaşdırılması üçün yerli polisə təhvil verilib”, - deyə məlumatda bildirilir.

Fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqi ilə 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu, 1939-cu ildən bəri ən güclü zəlzələ olub. Türkiyə lideri zəlzələni “əsrin fəlakəti” adlandırıb. 
Son məlumatlara görə, 31 mindən çox insan həyatını itirib. Zəlzələdən sonra baş verən yüzlərlə yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 10 əyalətində və qonşu dövlətlərdə hiss olunub.

Rusiyalı xilasedicilər Türkiyədə dağıntılar altından 150 min dollar pul tapıb - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO