Zəlzələdə türk vətəndaşını həyatını xilas edən İlham:

Zəlzələdə türk vətəndaşını həyatını xilas edən İlham: "13-cü mərtəbədən..." - VİDEO

Hazırda oxunan: Zəlzələdə türk vətəndaşını həyatını xilas edən İlham: "13-cü mərtəbədən..." - VİDEO
119847
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədəki zəlzələdə qardaş ölkə vətəndaşı Selçuk Aydemiri xilas edən azərbaycanlı İlham tapılıb.

Bizim.Media xəbər verir ki, "İTV" kanalının "Sabaha saxlamayaq" verilişinə gələn İlham həmin zəlzələ anını belə xatırlayıb:

"Mən ora iş görüşməsi üçün getmişdim. Səfərim fevralın 2-si və 5-i tarixlərində oldu. Artıq ayın 5-i mən Azərbaycana qayıtmalı idim. Uçuşlar təxirə salındığından gediş-gəliş mümkün olmadı. Gecə zəlzələ oldu.
Divarlar üstümə yağanda artıq gördüm ki, vəziyyət ciddidir. Həmin vaxt otel ayaqda qala bilmişdi. 40-45 dəqiqə sonra polislər gəldi. Təsadüfən yuxarıda kiminsə fənərlə işıq saldığını gördüm.

Polisə yaxınlaşdım, yuxarıda kiminsə olduğunu dedim. Sonra 13-cü mərtəbəyə qalxdım. 14-cü mərtəbədə bir adam var idi, Selçuk bəydən əvvəl onu xilas etdim.

13-cü mərtəbədə isə Selçuk bəyi xilas etdim. 6-cı mərtəbədə isə avstraliyalı turist var idi. Onu xilas edə bilmədim. Onu xilas etmək üçün kömək çağırdım", - deyə qeyd edib.

Daha ətraflı videoda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO