“İrana xüms adı ilə göndərilən pullar terrora dəstək kimi qəbul edilməlidir” – Fazil Mustafa 

“İrana xüms adı ilə göndərilən pullar terrora dəstək kimi qəbul edilməlidir” – Fazil Mustafa 

Hazırda oxunan: “İrana xüms adı ilə göndərilən pullar terrora dəstək kimi qəbul edilməlidir” – Fazil Mustafa 

117815

“Soydaşlar haqqında qanun qəbul etməliyik”.

Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

“Beynəlxalq dövlətlərdə olan torpaqlarda gözümüz yoxdur, amma soydaşlarımızı düşünməliyik. Hansı ki, bu qanun dünya azərbaycanlılarının həmrəyliyinə yönələ bilər. Ölkə hüdudlarında kənarda yaşayan həmvətənlərimizin hüquqlarının qorunmasını bu qanunla təmin edə bilərik” – deyə, deputat bildirib.
Deputat İranla bağlı da tənqidi fikirlər səsləndirib:

“Milyonlarla pul vəsaiti xüms adı ilə İrana göndərilir. Halbuki İslamda bu adda vergi yoxdur. Düşünürəm ki, bu cür vəsaitlərin göndərilməsi terrora dəstək kimi qiymətləndirilməlidir. Eyni zamanda yas yerlərində, meyxanaçılar arasında İranyönümlü təbliğat aparılır. Düşünürəm ki, bu məsələyə də nəzarət gücləndirilməlidir”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO