Azərbaycanın İrandakı səfirliyinə hücumda həlak olan əməkdaşa ŞƏHİD STATUSU VERİLDİ

Azərbaycanın İrandakı səfirliyinə hücumda həlak olan əməkdaşa ŞƏHİD STATUSU VERİLDİ

Hazırda oxunan: Azərbaycanın İrandakı səfirliyinə hücumda həlak olan əməkdaşa ŞƏHİD STATUSU VERİLDİ
116922
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu dəf edərkən həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərova şəhid statusu verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in məlumatında bildirilib.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı Rəsmi Bakının AÇIQLAMASI 


Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb. 

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO