Nəsimi rayonunun Füzuli küçəsində magistral yolun acınacaqlı durumda olduğunu xəbər vermişdik. Belə ki, vaxtilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindədn əl zəhməti ilə salınmış, qədimliyi və füsunkarlığı ilə yola fərqlilik qatan daş örtüklərin dağılıb uçulduğunu, yerini isə yamaq asfalt hissələrin əvəzləndiyini qeyd etmişdik.
Bizim.Media-da ictimailəşən problemdən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sözügedən yolun təmirinə başlayıb. Aidiyyəti qurumun əməkdaşları və texnikaları bir neçə gün əvvəldən başlayaraq əraziyə cəlb edilib.
Aparılan işlərdən də aydın olur ki, qopmuş döşəmələrin yerinə qədimiliyi əks etdirən daş örtüklər deyil, asfalt döşənir.
MÖVZU İLƏ BAĞLI:
Bakının mərkəzində BİABIRÇILIQ - Dağılan daş döşəmələrin yerinə yamaq asfalt VURULUB – VİDEO
Əslində Agentlikdən də bu barədə bildirilib ki, bir vaxtlar sözügedən yola vurulan daş örtükləri artıq olmadığına görə əvəzləyici elə asfaltlanma olacaq.
Bakı sakinləri isə heyranlıqla tamaşa etdiyi daş örtükləri ilə vidalaşır.
Bununla isə daha bir ərazinin tarixiliyi itir...
Qeyd edək ki, Füzuli küçəsi şəhərin ən sıx və işlək ərazisi hesab olunur. Bu yolda hər gün yüzlərlə avtomobil və piyada hərəkət edir.
Alçina Amilqızı, Bizim.Media