Ölkə əhalisinin 30 faizə yaxını sosial mediadan istifadə etmir – SORĞU  

Ölkə əhalisinin 30 faizə yaxını sosial mediadan istifadə etmir – SORĞU  

Hazırda oxunan: Ölkə əhalisinin 30 faizə yaxını sosial mediadan istifadə etmir – SORĞU  
115648
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkə üzrə əhalinin 72,2%-i sosial mediadan istifadə edir.  

Bizim.Media xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələri bu rəqəmi ortaya çıxarıb.

Sorğunun nəticələrinə əsasən, insanların 27,8%-i heç bir sosial media platformasından istifadə etmədiyini bildirib ki, onların da əsas hissəsi (60.8%-i) yaşı 65-dən yuxarı olan şəxslərdir.

Nəticələrin təhlili göstərir ki, ali təhsilli respondentlər orta təhsilə malik olanlarla müqayisədə sosial şəbəkələrdən nisbətən daha çox istifadə edirlər.

Belə ki, ali təhsillilərin 82,3%-i, orta təhsillilərin isə 66,7%-i sosial media istifadəçisidir.

Sorğu 2022-ci ilin dekabr ayında 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib.

Bizim.Media

Ölkə əhalisinin 30 faizə yaxını sosial mediadan istifadə etmir – SORĞU   - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO