“Ünvanlı sosial yardımın 36 faiz artması kifayət qədər ciddi rəqəmdir” – EKSPERT

“Ünvanlı sosial yardımın 36 faiz artması kifayət qədər ciddi rəqəmdir” – EKSPERT

Hazırda oxunan: “Ünvanlı sosial yardımın 36 faiz artması kifayət qədər ciddi rəqəmdir” – EKSPERT

113528

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Azərbaycanda ünvanlı sosial yardımın məbləği 36 faiz artırılır.  

Bildirilir ki, 2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub ki, bu artımla ünvanlı yardımların da məbləği artacaq.

Ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə arada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələrə təyin olunan ünvanlı yardımın da artmasına səbəb olur. 

Nəticədə ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləğinin 2022-ci ilin göstəricisi ilə müqayisədə cari ildə 36 faiz artaraq 535 manat olacağı gözlənilir. 

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ünvanlı sosial yardımın artırılmasına müsbət yanaşsa da, bildirir ki, burada əsas problem prosedur qaydaları, əlçatanlıqla bağlıdır:

“Faiz nisbətində götürsək, ünvanlı sosial yardımın 36 faiz artması kifayət qədər ciddi rəqəmdir. Bu rəqəm minimum əmək haqqı və təqaüdlərin artımından daha yüksəkdir. Amma əsas məsələ burada o deyil. Çıxış imkanları, əlçatanlıq məsələsində də qaydalar dəyişdirilməlidir.

Kifayət qədər insan bəsit prosedur qaydalarının pozuntusu adı altında ehtiyac duyduğu sosial yardımı almaqdan məhrum olur. Ona görə də sosial yardımların prosedur qaydaları ilə bağlı şikayətlər həddən artıq çoxdur. Bu qaydaların tətbiqi zamanı bir sıra hallarda insanların hüquqları da pozulur. 
Elə ailələr var ki, 90-cı illərdən adlarına maşın qalıb, amma işlək vəziyyətdə deyil, onu utilizasiya etməyiblər. Sosial Müdafiə Nazirliyinə müraciət edəndə müəyyən problemlər yaranır. Yaxud da 90-cı illərdə torpaq bölgüsü zamanı kimlərinsə ailəsinə 3-5 sot torpaq düşsə də, istifadəyə yararsız olduğundan istifadə edə bilmirlər. Buna baxmayaraq, adlarına torpaq sahəsi olduğundan yardımlardan məhrumdurlar. Yəni prosedur qaydaları ilə bağlı problemlərin həlli məbləğlə bağlı məsələdən heç də az əhəmiyyət kəsb etmir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO