İdmançılarımız 2022-ci ildə neçə medal qazanıb?

İdmançılarımız 2022-ci ildə neçə medal qazanıb?

Hazırda oxunan: İdmançılarımız 2022-ci ildə neçə medal qazanıb?
112128
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı bəlli olub. 
 
Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, Qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda ümumilikdə, 837 medal qazanılıb. 

Bu medallardan 270-i qızıl, 224-ü gümüş və 343-ü bürüncdür. Olimpiya növlərində 356 (116 qızıl, 101 gümüş, 139 bürünc) mükafat əldə olunub. 

İdmançılarımız qeyri-olimpiya növlərində 384 (110 qızıl, 105 gümüş, 169 bürünc) dəfə fəxri kürsüyə qalxıb. 

Paralıimpiyaçılar isə 97 medal qazanıblar. Onlar 44 qızıl, 18 gümüş və 35 bürünc medala sahib olublar. 

Qeyd edək ki, 2021-ci ildə 179-u qızıl, 147-si gümüş və 193-ü bürünc olmaqla, ümumilikdə, 519 medal qazanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO