“Qərbi Azərbaycana böyük qayıdışla bağlı qanun qəbul edilsin” – Fəzail Ağamalı

“Qərbi Azərbaycana böyük qayıdışla bağlı qanun qəbul edilsin” – Fəzail Ağamalı

Hazırda oxunan: “Qərbi Azərbaycana böyük qayıdışla bağlı qanun qəbul edilsin” – Fəzail Ağamalı

111863

“Dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup ziyalısı ilə Prezident İlham Əliyevin görüşü oldu”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fəzail Ağamalı səsləndirib.

“Prezident təkzibolunmaz arqumentlərlə Qərbi Azərbaycanın xalqımızın min illər boyu yaşadığı torpaqlar olduğunu diqqətə çatdırdı. Ermənistan qondarma dövləti zaman-zaman onu himayə edən güc mərkəzlərinin dəstəyi ilə torpaqlarımızı işğal edib.

44 günlük müharibədən sonra isə nəinki torpaqlarımız işğaldan azad olundu, eyni zamanda Ermənistanda dağılma prosesi başladı. Biz gələcəkdə öz dədə-baba torpaqlarımıza güc yolu ilə yox, sülh, diplomatiya vasitəsilə qayıdacağıq.
Qərbi Azərbaycana böyük qayıdışla bağlı Milli Məclisdə sənəd qəbul edilsin. Həmin sənəd “Böyük Qayıdış” konsepsiyasının tərkib hissəsi olsun”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO