
- A-
- A
- A+
İdman
17:04 / 25.12.2022
1 dəq oxunma
Azərbaycan Basketbol Liqasında 11-ci tur yekunlaşdı
Hazırda oxunan: Azərbaycan Basketbol Liqasında 11-ci tur yekunlaşdı
111573
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
25 dekabr tarixində Şəki Olimpiya İdman Kompleksində 11-ci turun və ümumilikdə 2022-ci ilin sonuncu oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, "Olimpik Şəki BK" komandası doğma azarkeşlər önündə paytaxt klubu "Neftçi İK" basketbolçularını qəbul edib.
Qarşılaşmada üstünlüyü ilk dövrədən ələ keçirən paytaxt basketbolçuları, oyunun yekununda rəqibi üzərində 83-67 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" (Ceyson Brauer- 24 xal, 7 ribaund ), "Neftçi İK" (Davit Lomidze - 18 xal, 5 ribaund).
Qeyd edək ki, 12-ci turun oyunları 2023-cü ilin 4, 7 və 8 yanvar tarixlərində baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































