
- A-
- A
- A+
Dünya çempionatı penaltilər seriyasına görə REKORD VURDU
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında penaltilər seriyasının sayına görə rekord qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Qətərdəki dünya çempionatında matçlar beş dəfə penaltilər seriyasına çatıb.
İki dəfə ⅛ finalda (Xorvatiya və Yaponiya milli komandaları arasında və Mərakeş və İspaniya arasındakı görüşdə), iki dəfə 1/4 finalda (Argentina və Hollandiya, Xorvatiya - Braziliya matçı) və Argentina və Fransa millilərinin qarşılaşdığı turnirin finalında.
Xatırladaq ki, Dünya Kubokunun finalında Argentina millisi Fransa yığmasını penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edib (əsas və əlavə vaxtın nəticələrinə görə tabloda heç-heçə qeydə alınıb - 3 : 3).
Qeyd edək ki, Argentina millisi tarixində üçüncü dəfə futbol üzrə dünya çempionu olub.
Zakir Abbas, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































