Dekabrın 16-ı Azərbaycanın Milli Qəhrəmanı, vətənpərvər, milli qeyrətli jurnalist Salatın Əsgərovanın doğum günü idi. Bu haqsız dünyada yaşasaydı, 57 yaşı olacaqdı.xa0 27 il öncəxa0 30 yaşında namərd erməni gülləsindən şəhid olmuş bu igid xanımın Bakıdakı xa0rusca “Azərbaycan gəncləri”(“Molodyoj Azerbaydjana”) qəzetindəki müxbir işi və gündəlik ailə həyatı barədə iş yoldaşları, qohum-qonşularıxa0 kifayət qədər danışa bilərlər. Amma onun Qarabağın qaynar nöqtələrindəki jurnalist fəaliyyəti haqda danışa bilən nadir insanlar var. Belə şəxslərdən biri də xa0o illərdəxa0 Laçın rayon Gənclər Komitəsinin 1-ci katibi vəzifəsində çalışmış Ramiz Cəbrayılovdur.xa0

Ramiz müəllimxa0 Moderator.az əməkdaşı ilə söhbətində qəhrəman qadın müxbirin ömrünün son günlərində həmin vaxtlar bir sıra kişi həmkarlarının ezamiyyətə getməyə cəsarət etmədiyi Laçın rayonundakı erməni terrorçularıyla üzbəüz ən qaynar nöqtələrdə jurnalist kimi fəaliyyətinin bilavasitə şahidi olduğu ən maraqlı anlarından bəhs edib...
(Yazının əvvəli bu linkdə: //www.moderator.az/news/251461.html)

- Ramiz müəllim, deyirsiz sizi Salatın Əsgərova ilə birgə şəhid olmaqdan cəmi beş dəqiqə zaman ayırdı. Hansı beş dəqiqədən söhbət gedir?
- Yanvarın 12-də Mərkəzi Komitədə plenum idi və mən bir neçə gün öncə Bakıda olmalı idim. Ayın 10-da çıxmağı planlaşdırırdım. Yanvarın 8-i axşam rəhmətlikxa0 Salatın Əsgərova xa0xəbər etdi ki, mən sabah Bakıya getməliyəm. Dedim ki, birisi gün də mən getməliyəm, gözləyin, sizi Qubadlı istiqamətindəkixa0 təhlükəsiz yolla xa0apararıq. Cavabında Salatın xanım isə təklif etdi ki,xa0 bəlkə siz bizimlə gedəsiz. Özü də Şuşa yolu ilə gedək, həmişə Laçından Bakıya o yolla gedib-gəlib hamı. Deyəsən, siz də qorxdunuz? xa0Biz Xankəndindən keçibxa0 Xocalı aeroportundan Bakıya uçmaqla ermənilərə dağ çəkməliyik... Düzü, bu söz məni bərk tutdu və Salatın xanımla razılaşdım ki, sabah, yəni yanvarın 9-da Laçın- Şuşa-Xankəndi yoluyla Bakıya yola düşək. O, öncədən Xankəndindəki Təşkilat Komitəsinə zəng edərək Xocalı hava limanından Bakıya 2 bilet sifariş vermişdi. Şuşada hərbçilər bizi qarşılayaraq Xocalıyadək müşayiət etməli idilər. Nə isə gecə jurnalist xanımı qonaq evində qoyub özüm evə gəldim. Sürücüm də biz də qaldı ki, səhər tezdən Ağanus kəndindən gələk rayon mərkəzinə və Salatın xanımla birgə Şuşayadək mənim xidməti “UAZ” markalı avtomobilimlə gedək... xa0
Yanvarın 8-i gecə saat 10-11-də Salatın xanım zəng elədi ki, sizinlə və digər müsahiblərlə diktafona yazdığım söhbətləri yazıya köçürürəm, inşallah, çox yaxşı bir material alınacaq qəzet üçün... Bir az sonra bir daha zəng etdi ki, Ramiz müəllim, sürücünüzə deyin, narahat olmasın, bizi Şuşayadək o, aparası olmadı. Soruşdum ki, niyə. Cavab verdi ki, rayonunuzun komendantı ilə görüşdüm, o bizi sabah öz maşınlarıyla aparıb Xocalıdan yola salmağa söz verib. Amma sabah hərbçilərin Xankəndində Dağlıq Qarabağın komendantının yanında müşavirələri var, səhər tezdən saat 7.30-da qonaq evindən çıxmalıdırlar, çalış, gecikmə.xa0 Dedim, lap əla...

Arxayın yatdım ki, səhər tezdən qalxıb öz maşınımla Laçına gedərəm. Və ehtiyat üçün evdən lap bir saat tez çıxaram. Səhər tezdənxa0 6 radələrində oyandıq. Güclü şaxta vardı. Maşına əyləşdik, sürücü mühərriki işə saldı, yer don olduğundan çox asta sürətlə yola düşdük. Ancaq evin yanındakı döngəni dönəndə gördümxa0rəhmətlik anam arxadanxa0 gəlir. Saxlatdım maşını, soruşdum ki, ana, bəlkə yenə bir sözün-tapşırığın var, niyə arxamızca gəlirsən. Anam dedi ki, heç, oğul, sizdən nigaran qalıram, bir az ehtiyatlı gedin. Nə isə bir daha anamla sağollaşıb yola düşmək istəyəndə maşının mühərriki işə düşmədi. Sürücü nə qədər əlləşdi, işə düşmədi ki, düşmədi... Sonda akkumulyatorun da elektrik tutumu bitdi. Özü də maraqlı idi ki, avtomobil təzə olsa da, mühərrik belə çətinliklə işə düşürdü. Qonşuda ikixa0 peşəkar sürücü vardı, onları yuxudan oyadıb xahiş etdik ki, yardım etsinlər. Onlar da nə qədər əlləşdi, nəhayət, təxminən 40 dəqiqədən sonra maşının mühərriki işə düşdü...
Beləcə biz Laçına- qonaq evinin qarşısına gəlib çatanda xa0artıq saat 7:35 idi. Yəni vədələşdiyimiz vaxtdan 5 dəqiqə keçmişdi.xa0 Qonaq evinin əməkdaşı Nəsimi söylədi ki, hərbçilər gecikdikləri xa0üçün sizə gözləməyib getdilər. xa0Salatın xanım isə dedi ki, mən yolda onlardan müsahibə götürəcəm, Ramiz müəllim də gəlsin Şuşada görüşək... Bu minvalla maşınımın mühərrikinin işə düşməməsi səbəbindən mən Salatın Əsgərova və polkovnik İllarionovla birgə yola düşə bilmədim...
- Bəs Salatın Əsgərovanın ölüm xəbərini nə vaxt və necə xa0aldınız?
- Mən qonaq evindən çıxıb avtomobilə minib Şuşaya yollanmaq istəyəndə sinif yoldaşım xa0olan kəndçimiz Səməd maşını küçədə saxlayaraq tələsik düşüb məndən soruşdu ki, hara getməyə hazırlaşırsan. Cavab verdim ki, Bakıya. Dedi ki, gəl otur gedək, mən gedirəm, bir də öz maşınını sürdürmə... Dedim, yox, mən Şuşaxa0 yolu getməliyəm. Məni zorla maşına basdı ki, əşşi, səhər də maşınım işə düşmürmüş, yəqin xarabdı, onunla getmə, gedib yarı yolda qalarsan, həm də o yol təhlükəlidir...
Xülasə, həmin sinif yoldaşımla Qubadlı yoluyla Bakıya yola düşdüm. Yolda, deyəsən, İmişliyə çatanda radioda xəbərlərdən eşitdik ki, Salatın xanım getdiyi avtomobil terrora məruz qalıb və o, şəhid olub...
- Ramiz müəllim, bizdə olan məlumata görə, rəhmətlik Salatın Əsgərovanın meyitini Şuşada saxlayan rus hərbçiləri müəyyən ekspert-filan prosedurlarından keçmək üçün çox gec vermək istəyiblər. Lakin həmin vaxt Azərbaycanın Komsomol Gənclər Komitəsininxa0 fəallarından biri qətiyyətlə buna qarşı çıxaraq jurnalistimizin meyitinin alınmasına və müsəlman qaydasıyla kəfənlənib Bakıya göndərilməsinə nail olub. Hətta həmin vaxt xa0Dağlıq Qarabağ prokurorunun müavini olan rəhmətlik Şükür Rzayev də onaxa0 dəstək verib. Sizin məlumatınız olar: həmin şəxs kim olub?
(Davamı var)
Söhbətləşdi: Sultan Laçın
































































































