- A-
- A
- A+
Müsahibə
02:35 / 14.11.2015
6 dəq oxunma
Qondarma rejim başçısının qondarma adı - Bako, yoxsa Bahadur?/ŞOK
Hazırda oxunan: Qondarma rejim başçısının qondarma adı - Bako, yoxsa Bahadur?/ŞOK
105907
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi olmayıb”x9d deyən Qarabağ separatçılarının lideri Bako Saakyan noyabrın 12-də Moskvada keçirilən mətbuat konfransında növbəti dəfə zayıllayıb. Onun Rusiya paytaxtına gəlməsi “Moskvada Artsax günləri”x9dnə həsr edilib. Daha sonra Bako bildirib ki, artıq bir sıra Avropa və Amerika şəhərləri və ştatları Qarabağın müstəqilliyini tanıyıb. Dövlətlər tərəfindən tanınmağa gəlincə, bu, zaman məsələsidir, deyə o bildirib.
Moderator.az isə qondarma rejimin qondarma başçısının bu həyasızlığına özünəməxsus şəkildə cavab axtarıb tapıb. Araşdırmalardan sonra öyrənmişik ki, iliniyinə - qanınadək, tarixinə, çoğrafiyasınadək saxta olan bu millətin nümayəndəsi olan Bako Saakyanın adı belə saxta imiş. Yəni o Bako deyil, Bahadur imiş. Özü də bunu deyən adam nəinki həyatdadır, bu tarixçəni bilən yüzlərlə, bəlkə də minlərlə adam varmış. Hətta ora qədər ki, Xankəndində yaşlı və orta nəslin nümayəndələri bu nəşəxor uşağın birdən - birə necə yüksək posta sahiblənməsinin təfərrüatlarını bilirlər, amma susmaqdan başqa çarələri yox...
Bakonun bu dünyaya necə gəlməsinin əsas şahidini - müsahibəmizin qəhrəmanını siz də tanıyın. Kazımov Temirxan Daşdəmir oğlu. 1953 - cü ildə Xankəndində anadan olub. Sabir küçəsi 15 saylı evdə yaşayıb.
-Bako Saakyanı necə və hardan tanıyırsınız?
- O mənim qonşum olub. Bako Sabir küçəsi 23 - də anadan olub, daha doğrusu, orada yaşayıb. Bako Saakyanın bacısı mənim həmyaşıdım olub. Bacısından sonra onun 3 qardaşı dünyaya gəlib və hər üçü də bir neçə aylıqlarında tələf olublar. Bako Saakyan dünyaya gələndə rəhmətlik dayım Vəli Mamedov "Qorispolkom"un baş mühasibi idi, gəldi mənə dedi ki, Teymur, sənə bir iş tapşıracam. O zaman mənim cəmisi 7 yaşım vardı. Bildirdi ki, səni maşına qoyub xəstəxanaya aparacaqlar, sənə bir uşaq verəcəklər, sən o uşağı qucağına alıb gətirəcəksən Sara bibinin evinə. Sara bibi çıxacaq qarşına, sənə sual edəcək ki, nə versəm bu uşağı verərsən? Sən də deyərsən ki, 2 min manat. Adın da soruşacaq, onda deyərsən ki, adın Bahadur qoymuşam. Bir neçə gündən sonra həmin bu Bako Saakyanın atası Saakyan Saak Ayrapetoviç maşını qapımızda saxladı və mənə dedi ki, paltarını dəyiş, gedirik "roddom"a. Oturub getdik xəstəxanaya. İndi də yadımdadır ki, bir ağ xalatlı qadın, sonralar öyrəndim ki, tibb bacısı imiş, gətirib uşağı qucağıma verdi. Gəlib çıxdıq onların küçəsinə və maşını onların evinin qarşısında saxlayaraq aşağı düşdük. Sara bibi bizi qarşıladı və dedi ki, Temir, başına dönüm, nə versəm uşağı mənə verəsən? Mən də dedim 3 min. Dinməzcə 3 mini çıxarıb verdi.
- Niyə bəs deyildiyi kimi 2 min yox, 3 min?
- Elə ona görə o vaxt bir şillə də yedim dayımdan. (gülüşürük) Sara arvad soruşdu ki, bəs bu uşağın adı nədir? Dedim ki, Bahadur.
- Neçənci ilə qədər Xankəndində yaşadınız?
- 88 - ci ilə qədər. Həmin vaxt bu hadisələr qızışandan sonra Bakıya köçməyə məcbur olduq.
- Xeyli müddət qonşu olmusunuz. Heç sataşırdınmı ki, ay Bako, səni 3 minə satmışam anana?
- Çox mehriban qonşuluğumuz olub. Hər Novruz bayramında Bakonun anası bizə xonça gətirərdi, sonra da anam o xonçaını dolduraraq aparıb qaytarardı. Biz də onların bayramlarında gedib gələrdik. Bir sözlə, aramızda kirvəlik yaranmışdı. Necə ki, xaçpərəstlərdə xaç atası deyilirdi, mən də onun aypara atası idim.(gülüşürük)
- Sualıma cavab vermədiniz. Heç arada bir sataşırdınızmı ki, ay kirvə, səni 3 min manata satmışam?
- Təkcə bizim küçədə deyil, bütün Xankəndində hamı bu əhvalatdan məlumatlı idi. Sabir küçəsində yaşayan ermənilər də, azərbaycanlıların da hamısı onun doğulandan sonra qucağımda gətirib anasına təhvil verdiyimi bilirlər.
- Nümunəvi uşaq olub, yoxsa şuluq? Oxumağa marağı necə, olubmu?
- Cüvəllağının biri idi. Bakonu küçədə və Xankəndində hamı nəşəxor, qumarbaz kimi tanıyıb. Məndə olan məlumata görə elə indinin özündə də köhnə vərdişlərindən imtina etməyib, yəni qumar da oynayır, nəşə də çəkir. Avaranın biri idi. Biz Xankəndindən çıxmaq ərəfəsində o Xankəndindəki ət kombinatının dəri aşılanan sexində dəri aşılayan fəhlə idi. Həmin sexin Şutnik Abo deyilən müdiri də nəşəxor olduğundan bir - biriylə yaxşı dil tapırdılar. Sonralar bir də eşitdim ki, hansısa yolla Bako Xankəndində hüquq məktəbin bitirib. İnstitutu bitirdikdən sonra Moskvadakı qondarma rejimin nümayəndəliyində işə girə bilib. Orada isə Dağlıq Qarabağda çox məhşur olan İsaqulovla tanış olub. İsqulovun özü isə Xankəndinin ən məhşur nəşəxoru olub və bunu da hamı bilir. Təsəvvür edin ki, 88 - ci də dəri aşılayan nəşəxor bir fəhlə 10 il sonra vəzifə pillələrində ildırım sürətilə irəliləyib və həm Xankəndində polis rəisi və KQB rəisi işləyib.
- İsaqulov kim olub?
- İsaqulov vaxtilə Muxtar Vilayətin prokuroru olub.
- Sovet hökumətinin vaxtında?
- Bəli. Sonradan da milis idarəsinin rəisi olub. Elə Bako İsaqulovla Moskavada yaxından tanış olublar və hər ikisi də nəşəxor olduqlarından yaxşıca dil tapıblar. Görünür, elə buna görədir ki, bu gün Bako Saakyanın sağ əli kimi bütün işləri qondarma rejimin aparat rəhbəri kimi İsaqulov görür.
- Dünyanın işinə baxın. Bu dünyada qalıb yaşaması üçün səbəbkar olan sizi kirvəniz vətənindən perik saldı.
- O vaxt o kim idi ki? Məni əsas narahat edən o oldu ki, o sonradan zayılladı və durub utanmadan dedi ki, Dağlıq Qarabağda azərbaycanlılar yaşamayıb. Mən də ona xəbər göndərdim ki, səni qucağımda gətirib 3 min manata anana satdığım nə tez yadından çıxdı, ay nankor?
- Son vaxtlar Bakoya hansısa yolla mesaj göndərmisiniz ki, ay bizdən olub bizə oxşamayan köpəyoğlu, nə zayıllayırsan, ağzına gələni danışırsan?
- İnanın ki, vaxtilə qonşu olduğumuz adamlardan kimisə təsadüfən dünyanın hanısa bölgəsində görəndə xəcalət çəkirlər və hamı Bakonu qucağımda anasına verdiyimi xatırladır.
- Köçaryanla və Sarkisyanla necə, tanışlığınız olmayıb ki?
- Necə yəni olmayıb? Mən orada universamın müdiri olmuşam. Borc dəftərində hər ikisinin də adı vardı. Universam Xankəndində “obkom”x9dun arxasında idi. O vaxt Sərkisyan qorkom komsomolun katibi idi, Koçaryansa onun yanında şöbə müdiri idi. Sonra Sarkisyan obkoma şöbə müdiri gələndə Koçaryan onun yerinə keçdi. Koçaryan ondan diribaş oldu və qısa zamanda partiya təşkilat katibi getdi, az sonra isə “Krunk”x9d yarandı və ora sədr təyin olundu.
- İndi Xankəndində məskunlaşma məsələsi nə yerdədir? Məlumatınız olmamış deyil.
- Bu saat Xankəndində 21 min əhali qalıb. Sovetlər dönəmində orada azərbaycanlılarla birlikdə 50 min əhali yaşayırdı. İndi əhalinin yarıdan çoxu köçüb gedib. Dağlıq Qarabağın rayonlarında isə demək olar ki, yaşayış yoxdur, tək - tük məskunlaşma var.
- Xankəndinin deputatı Flora xanımı tanıyırsınızmı?
- Çox yaxşı tanıyıram. Flora xanımın anası bizim məktəbdə müəllimə olub. Özü də bizim məktəbdə oxuyub, sonradan qayıdıb gəlib o da müəllimə işləyib. Onun rəhmətlik həyat yoldaşı Şirin Mirzəyev mənim çox yaxın dostum olub. Şirin çox yaxşı insan olub, nəinki yaxşı, əvəzolunmaz adam olub. Mənə də həddindən artıq köməklikləri dəyib.
- Milli Qəhrəman Şirin Mirzəyevlə yaxın dost olmusunuzsa o zaman onun sinif yoldaşı daxili işlər naziri Ramil Usubovla da tanışsınız.
- Ramil Usubov bizim ağsaqqalımızdır. O əvvəllər Şuşada Milis Şöbəsində müavin işləyirdi, sonradan Xankəndində "upravleniya"nın müavini oldu. Təkcə Xankəndində deyil, Dağlıq Qarabağda hələ o vaxtlar çox sayılan, seçilən insan idi. O Xankəndində olduğu dönəmdə azərbaycanlılar çox rahat yaşayıblar və o hər zaman azərbaycanlıların qayğısına qalıb, onların aşağılanmasına imkan verməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






























































































