Türkiyədən qayıdan Vətən Müharibəsi qazisi belə qarşılandı - VİDEO

Hazırda oxunan: Türkiyədən qayıdan Vətən Müharibəsi qazisi belə qarşılandı - VİDEO

38780

"YAŞAT" Fondunun xəttilə Türkiyədə müalicə olunan Vətən Müharibəsi qazisi Alı Azər oğlu Qədirli  iki həftəlik Azərbaycana, ailəsinin yanına gəlib.

Bizim.Media xəbər verir ki, 2020-ci il sentyabrın ayının 29-da çağırışla Vətənin müdafiəsinə yollanan Alı Qədirli oktyabrın 16-da Suqovuşanda gedən döyüşlərdə ağır qəlpə yarası alıb.
 

Onurğa beyni tam zədələnən, aşağı ətraflarında hissiyyat olmayan qazi 5 ay Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında  müalicə olunub.


Qəlpə əməliyyat yolu ilə bədənindən çıxarılsa da müalicə tam effekt vermədiyindən "YAŞAT"ın xəttilə Türkiyəyə göndərilib. Martın 25-dən Türkiyənin Romanım xəstəxanasının İzmit şəhərindəki filialında müalicə olunan Alı Qədirli Vətən Müharibəsinin ildönümünü Azərbaycanda qeyd etmək istəyib.

23 yaşlı Vətən Müharibəsi qazisi doğulduğu Şəkinin Kiçik Dəhnə kəndində xüsusi coşqu ilə qarşılanıb. Kəndin girəcəyinin 5 km-liyində zurna sədaları altında pişvazına çıxılıb.
 

Qazini müşayiət edən avtomobil karvanı Kiçik Dəhnə kəndinin küçələrində çoxsaylı dövrə vurub. Alı Qədirli onu qarşılayanların əhatəsində əlil arabasında bir ildir görmədiyi 2 azsaylı körpəsinə qovuşub. Həmin vaxt kövrək anlar yaşanıb.


İki həftədən sonra Alı yenidən  müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə göndəriləcək.

Aytəkin Alxaslı, Bizim.Media
 






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO