"Anadolu Qartalı – 2021” təlimi sona çatdı - VİDEO

Hazırda oxunan: "Anadolu Qartalı – 2021” təlimi sona çatdı - VİDEO

27123

İyunun 21-dən müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, təlimin bağlanış mərasimində aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə F-16 qırıcıları hədəfləri işarələdi, Azərbaycanın Su-25-i dəqiq zərbə ilə vurdu - FOTO


Verilən bütün tapşırıqları peşəkarlıqla icra edən hərbi pilotların göstərdikləri nəticələr təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, bütün ölkələrin komandalarına təşəkkür edilib və hədiyyələr təqdim olunub. 

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarəsi iştirak edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO