Fərhad Bədəlbəyli:

Fərhad Bədəlbəyli: "Şuşada uşaq kimi ağladıq" - VİDEO

Hazırda oxunan: Fərhad Bədəlbəyli: "Şuşada uşaq kimi ağladıq" - VİDEO
192006
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Şuşa doğrudan da möcüzədir. Cənab Prezident deyəndə ki, əziz Şuşa sən azadsan... Ağladıq, uşaq kimi ağladıq. Mən orada keçirilən festivalda öz əsərimi ifa edəndə baxdım ki, bir qartal uçur... Bu bilirsiniz, möcüzədir".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan SSR Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.

O, Böyük Qayıdışı ümidlə izlədiyini, Prezident İlham Əliyevin bu sahədəki siyasətinin dünyada bənzərinin olmadığını vurğulayıb. 

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.
Xalq artisti Fərhad Bədəlbəylinin iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO