Baharın ilk günlərində Qərb bölgəsinə QAR YAĞIB - FOTO/VİDEO 

Hazırda oxunan: Baharın ilk günlərində Qərb bölgəsinə QAR YAĞIB - FOTO/VİDEO 

184281

Novruz bayramı tətilinin son günündə qərb bölgəsində də qar və küləkli hava şəraiti hökm sürür. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq qərb bölgəsində hava şəraiti kəskinləşib. 

Belə ki, Hacıkənd qəsəbəsində, Göygöl - Kəlbəcər ərazisində güclü küləkdə müşayiət olunan qar yağır. Qarın qalınlığı dağlarda 8-10, dağətəyi kəndlərdə 3-5 sm arasında dəyişir. 

Bu gecə bölgənin dağlıq ərazilərində temperatur mənfi dərəcəyə düşüb. 

Hazırda soyuq və şaxtalı hava şəraiti davam edir. Bölgənin əksər ərazilərində çiskinli-dumanlı hava bu gün də müşahidə olunub.  
Yollarda məsafə görünüşü 35-40 metrdir. Nəqliyyatın hərəkətində, eləcə də digər infrastrukturlarda hələlik problemlər yaranmayıb.
 

 









Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO