Rejissor Vahid Mustafa Yevin ekranlaşdırdığı “Qanlı Yanvar”x9d filmi növbəti festivala hazırlaşır. Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, “Qanlı Yanvar”x9d Azərbaycanı bu dəfə daha bir nüfuzlu festivalda - Estoniyada təmsil edəcək.
Bu dəfəki festival da dünyanın A kateqoriyalı film festivallarından biridir. “Black Nights”x9d (Qara gecələr) adlanan film festivalı Estoniyanın Tallin şəhərində keçirilir. Bu məqsədlə də artıq Estoniyanın müxtəlif küçələrində “Qanlı Yanvar”x9d filminin afişaları asılıb.xa0
Tallin film festivalının mətubat xidmətinin rəhbəri ANS TV-yə müsahibəsində deyib ki, Azərbaycanı təmsil edən “Qanlı Yanvar”x9d bu ilki festivalda tarixi fakta əsaslanan 3 filmdən biridir.
“Ümumiyyətlə, istənilən filmin tarixi faktlara əsaslanması onun təsir gücünü daha da artırır. Builki 28 dünya premyerası arasında Vahid Mustafa Yevin “Qanlı Yanvar”x9d filmi də var. O, özü də festivalda iştirak edəcək. Biz onu səbrsizliklə gözləyirik. Çünki o, avropalı tamaşaçı üçün yeni eqzotik şəxsiyyəti təmsil edir. Filmin tarixi fakta əsaslaması, müəyyən bir mədəniyyəti təmsil etməsi bizim üçün yeni təcrübədir.”x9d ”“ deyə Festivalın mətbut katibi Hannes Aava bildirib.xa0
Film festivalın ikinci günü noyabrın 15-də nümayiş etdiriləcək. Festivalda iştirak edən əməkdaşımızın sözlərinə görə, tamaşaçıların istəyi ilə film festivalda 27 və 28 noyabr tarixlərində də təkrar təqdim olunacaq.xa0
Minyonlarla tamaşaçı auditoriyası olan Tallin “Qara gecələr”x9d Beynəlxalq film festivalı 1997-ci ildə Estoniyada təsis olunub. Bu il baş tutacaq 18-ci beynəlxalq festivala müxtəlif ölkələrdən 264 film dəvət alıb ki, onlardan da biri məhz “Qanlı Yanvar”x9ddır. Film festivala dəvət alan yeganə Azərbaycan filmidir.
Ölkəmizin ən yeni tarixində baş verən hadisələri özündə əks etdirən film dünyanın ən nüfuzlu beynəlxalq film festivallarından olan Monreal və San Paulada Azərbaycanı layiqincə təmsil edib. Rejissor Vahid Mustafa Yevin şahidi olduğu hadisələri ekranlaşdırdığı filmdə adi insanların qızıl ordunun tanklarının qarşısını kəsmələri, azadlıq uğrunda mübarizəyə qalxmaları beynəlxalq festivallarda tamaşaçıların rəğbətini qazanıb. Beləcə, “Qanlı Yanvar”x9d beynəlxalq film festivallarında iştirak etməklə, Azərbaycan həqiqətlərini dünyaya çatdırır.



































































































