Bu peşə sahiblərinə bakirəlik testi edilir!

Bu peşə sahiblərinə bakirəlik testi edilir!

Hazırda oxunan: Bu peşə sahiblərinə bakirəlik testi edilir!

62240
İndoneziyanın polis olmaq istəyən qadın namizədlərindən bakirəlik testi istənildiyi deyilib.

  İndoneziya Polis Təşkilatının polis namizədlərinin qarşılaması gözlənilən qaydalar hissəsində açıq bir şəkildə qadın namizədlərin genekoloji testlərdən keçməsinin lazım olduğu deyilib. Heç evlənməmiş qadınların baxa biləcəyi Polis Təşkilatının internet saytında ümumi tibbi və fiziki testlərlə yanaşı bakirəlik testinin də tamamlanmasının lazım olduğu deyilib. Hətta saytda «Beləliklə polis olmaq istəyən bütün qadınların bakirəliyinin qoruması lazımdır» ifadəsi də yer alır.

Ölkədəki altı fərqli şəhərdə vəzifəsini yerinə yetirən qadın polislərlə görüşən İnsan Haqqları İzləmə Təşkilatı (HRW) isə bu tətbiqin yalnız İndoneziyanın prinsiplərinə deyil, eyni zamanda beynəlxalq insan hüquqları siyasətinə zidd olduğunu bildirib.

Yerli və beynəlxalq insan hüquqları müdafiəçiləri isə bakirəlik testinin «alçaldıcı» bir tətbiq olduğunu və dərhal qaldırılmasının lazım olduğunu söyləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO