“Apple” ilk dəfə kompüter bazarının liderlər beşliyinə daxil olub

“Apple” ilk dəfə kompüter bazarının liderlər beşliyinə daxil olub

Hazırda oxunan: “Apple” ilk dəfə kompüter bazarının liderlər beşliyinə daxil olub

57619
“Apple” şirkəti mədaxilinin yarısından çoxunu “iPhone” və digər mobil qurğuların satışından əldə edir, lakin “Mac” kompüterlərinin satış həcmi qlobal trendə baxmayaraq artmaqda davam edir.

Nəticədə ötən rübdə ABŞ istehsalçısı ilk dəfə dünya fərdi kompüterlər bazarının liderlər beşliyində yer alıb. Bu barədə “IDC” analitik şirkətinin 2014-cü ilin üçüncü rübü üçün hesabatında deyilir.
 
Məlumata əsasən, hesabat dövründə “Apple” 4 milyon 982 min müxtəlif model “Mac” kompüteri satıb ki, bu da ümumi qlobal satışın 6,3 faizini təşkil edir. Üçüncü rübdə ilin ilə nisbətində tədarük həcmi 8,9 faiz yüksəlib. Bunun sayəsində ABŞ şirkəti “Asus” istehsalçısını altıncı yerə sıxışdırmağa nail olub.
 
Aparıcı fərdi kompüter istehsalçıları reytinqində ilk dörd yer ənənəvi lider şirkətlər arasında bölünüb. Belə ki, Çinin “Lenovo” şirkəti 20 faizlik payla birincidir. İkinci yerdə ABŞ-ın “HP” (18,8 faiz), üçüncüdə “Dell” (13,3 faiz), dördüncüdə Tayvanın “Acer” (8,4 faiz) şirkəti qərarlaşıb. Ümumilikdə sahə üzrə satış həcmi ekspertlərin gözlədiyindən yaxşı olub. 2013-cü ilin üçüncü rübü ilə müqayisədə azalma proqnozlaşdırılan 4,1 faiz əvəzinə 1,7 faiz təşkil edib, - “Vesti ” yazır.

(İctnews)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO