Britaniyalı qadın burnunu birbaşa efirdə “sökdü” vəxa0 yenə yerinə “taxdı”
Moderator.az xəbər verir ki, Səhər proqramı olan “This Time Next Year” adlı teleşouda iştirak edən ingilis qadın Jane Hardman Otoimmün xəstəliyi nəticəsində burnunu itirməsindən danışıb. O bildirib ki, qranulmatoz onu burnundan məhrum edib və həkimlər ona maqnitli kosmetik protez burun düzəldiblər. Bunun üçün o üz sümüklərinə maqnit implant yerlələşdirməli olub.O bildirib ki, burnunu söküb və yenidən yerinə qaytara bilir.xa0
Qeyd edək ki, Wegener qranulomatozu kiçik və orta qan damarlarını tutan kəskin və sürətlə inkişaf edən bir xəstəlikdir.Bu xəstəlik yuxarı tənəffüs yolları, gözlər, böyrəklər, ağciyərlər və digər orqanları əhatə edən kapilyarları, damarları, arteriol və arteriyaları zədələyir.






































































































