Eynşteynin qeyri-adi təcrübələri - MARAQLI

Eynşteynin qeyri-adi təcrübələri - MARAQLI

Hazırda oxunan: Eynşteynin qeyri-adi təcrübələri - MARAQLI

146594


XX əsrin ən böyük alimlərindən olan Albert Eynşteynin inqilabi nəzəriyyələri elmin inkişaf tempini hər zaman dəyişib.

Eynşteynin özəlliklərindən biri də çətin elmi müddəaları gündəlik həyat məsələləri ilə ustalıqla əlaqələndirməsi idi. Alimin özü bu təcrübələrinə xüsusi ad verib, onların fərqindən bəhs etmişdi.

Moderator.az Eynşteynin çətin elmi nəzəriyyələrinə cığır açan bir neçə qeyri-adi təcrübəsini oxucularla bölüşür:

1-Xəyalınızda bir işıq şüasını təqib edin:

O, hələ 16 yaşında olarkən bu anlayış üzərində düşünməyə başlayıb - kosmosa doğru hərəkət edən bir işıq şüasını təqib etsək, nə olar? Alimin fikrincə, əgər işığı yaxalamaq mümkün olsa, onun donduğunun fərqinə varacağıq. Amma bu zaman o donduğu üçün özünün işıq funksiyasını itirəcək.

Nəyahət, o, işığın heç zaman dayanmadığını və hər zaman öz sürətində hərəkət etdiyinin fərqinə vardı. Amma bu xüsusda nələrinsə mütləq dəyişməli olduğunun vacibliyini qeyd etdi. Sonda dəyişənin yalnız zamanın özü olduğu qənaətinə gəldi. Bu fakt alimin “nisbilik nəzəriyyəsi”x9d üçün əsas açar rolunu oynadı.

2-Hərəkət edən qatarda ayaq üstə durduğunuzu xəyal edin:

Dostlarınızı qatarın çölündə, özünüzü isə onun içində xəyal edin. Təsəvvürünüzdə qatarın hərəkətini izləyin. Əgər qatarın hər iki tərəfində işıq varsa, dostlarınız onları eyni anda görəcək. Amma siz həmin hərəkət edən qatarda olduğunuz üçün işığa

daha yaxınsınız. Onu ilk siz görürsünüz. Çünki sizinlə işığın arasında daha az məsafə var. Bu xəyali təcrübə zamanın sabit və hərəkət edən insanlara görə fərqli keçdiyini əks etdirir.

Bu fikir təcrübə də Eynşteynin nisbilik nəzəriyyəsinin təməl daşı rolunu oynayıb.

3- Kosmik gəmidə bir əkizinizin olduğunu xəyal edin:

Sizinlə eyni vaxtda anadan olan bir əkizinizin olduğunu düşünün. Təsəvvür edin ki, o anadan olan kimi kosmik gəmiyə atılır və orada işıq sürətində hərəkət edir. Eynşteynin nisbilik nəzəriyyəsinə görə, siz və əkizin fərqli sürətlərdə qocalırsınız. Çünki işıq sürətinə yaxınlaşdıqca zaman yavaşıyır və əkiziniz daha yavaş qocalır. Həmin kosmik gəmi dünyaya qayıdan zaman siz özünüz qocalsanız da, əkiz tayınız yeniyetmə kimi qalacaq. Bu fikri təcrübə də Nisbilik nəzəriyyəsinin əsasını təşkil edib.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO